Qanunsuz və sənədsiz evlərlə bağlı hansı qərar gözlənilir? - VİDEO

07:50 Araşdırma 106
Qanunsuz və sənədsiz evlərlə bağlı hansı qərar gözlənilir? - VİDEO

Son günlər ölkədə sənədsiz evlərlə bağlı müzakirələr yenidən gündəmdədir.

Minlərlə ailənin illərdir yaşadığı, lakin hüquqi statusu olmayan evlərin taleyi cəmiyyətdə ciddi suallar doğurur: çıxarış almaq mümkündürmü, kimlər bu prosesdən yararlana biləcək, sənədləşmə hansı şərtlərlə aparılacaq?

Eyni zamanda kirayə bazarında gözlənilən sərtləşmələr, qeyri-rəsmi icarəyə qarşı nəzarət mexanizmləri, ev qiymətlərinin 2026-cı ildə hansı istiqamətdə dəyişəcəyi ilə bağlı proqnozlar da vətəndaşları düşündürən əsas məsələlərdəndir.

Digər tərəfdən, illərdir sakinlərin narazılığına səbəb olan “komendant pulu” mövzusu yenidən müzakirə masasına çıxarılıb.

MTK-ların topladığı və təyinatı üzrə xərclənmədiyi iddia olunan vəsaitlər, liftlərin, işıqlandırmanın dayandırılması və yaranan sosial narazılıq bu məsələnin artıq hüquqi həll tələb etdiyini göstərir.

Bu və digər suallara "TV Müsavat"ın efirində əmlak məsələləri üzrə ekspert Elnur Azadov cavablandırıb.

Musavat.com həmin videomaterialı təqdim edir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 Yanvar 16:10 Çək və bizə göndər!
17 Yanvar 08:50 "Qarabağ"ın 3:1 FOTOLARı