Bunlar Azərbaycan millisindən də yan ötməyəcək

12 Sentyabr 2021 13:40 Araşdırma 1 281
Bunlar Azərbaycan millisindən də yan ötməyəcək

Milli komandaların növbəti FİFA reytinqi sentyabrın 16-da açıqlanacaq.

Sportinfo.az xəbər verir ki, yığmaların siyahıdakı mövqeləri indidən bəllidir.

Bu, təxmini siyahıya əsasən mümkün olub. DÇ-2022-nin seçmə oyunları və yoxlama görüşləri cədvəldə bir sıra dəyişikliklərlə nəticələnəcək.

Bunlar Azərbaycan millisindən də yan ötməyəcək. Seçmə mərhələdə Lüksemburqa 1:2, Portuqaliyaya 0:3 hesabı ilə uduzan və yalnız İrlandiyadan 1 xal alan (1:1) Canni de Byazinin yetirmələri FİFA reytinqində durumunu pisləşdirəcək.

Bu üç qarşılaşma millinin 8 xal itirməsinə səbəb olub. Nəticədə yığmanın sentyabr reytinqində aktivində 1158 xalı qalacaq.

Komandamız bu nəticə ilə dünyanın 117-ci komandası olacaq. Ötən ay 1166 xalla 112-ci olan de Byazinin yetirmələri 5 pilləlik geriləmə yaşayacaq. Millimizi 5 yığma - Kosovo, Liviya, Malavi, Farer adaları və Mozambik arxada qoyacaq.

Qardaş Türkiyə yığması 2 pillə geriləyəcək. 41-ci olacaq “ay-ulduzlular” 1455 xalla kifayətlənəcək.

İlk “üçlük”də dəyişiklik olacaq. Belçika (1832) və Braziliyanın (1812) mövqeyi dəyişməyəcək. İngiltərə (1755) 3-cü sıranı Fransadan (1754) alacaq.

Digər Xəbərlər
Xəbər Lenti