"Satqındır, nifrət edir!"

16 Mart 2023 03:40 Hadisə 715
"Satqındır, nifrət edir!"

"Dəhliz haqqında heç vaxt heç nə deməmişəm.

Şəxsən Paşinyan haqqında danışmışam və danışacam.

O, erməni xalqına xəyanət edib, sata biləcəyi bütün erməni maraqlarını satıb. Sata bilmədiklərini də satacaq. O, Rusiyaya nifrət edir və Putini aldadır".

Bu sözləri “Rossiya Seqodnya” media qrupunun və RT kanalının baş redaktoru Marqarita Simonyan Ermənistan baş naziri Nikol Paşinyanın sözlərinə cavabında deyib.

O bildirib ki, məhz bu sözlərinə görə onun Ermənistana girişi qadağan edilib.

Simonyan əlavə edib ki, bu qadağa onu elə də narahat etmir.

Erməni jurnalistlər Aram Qabrelyanov və Marqarita Simonyan, habelə rusiyalı siyasətçi Konstantin Zatulinin Ermənistana girişinə qadağa qoyulub. Onlar arzuolunmaz şəxslər siyahısına salınıblar.

Ötən gün isə bu qadağa barədə danışan Paşinyan bildirib ki, Ermənistanın özünə hörmət gözləmək hüququ var və İrəvanın dəhliz söz verməsi, bunu təmin etməli olduğunu deyənlər məhz arzuolunmaz şəxslər siyahısına daxil ediliblər.

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 18:10 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 11:20 "Şikayətlənə bilmərik"
15 Sentyabr 03:50 Nəbiyevdən uğurlu debüt
15 Sentyabr 03:40 Yığmamız finalı uduzdu
15 Sentyabr 02:30 “Zelenskinin komandası”