“Ronaldo bizim üçün çox qocadır” – Klub prezidenti

8 Fevral 2020 12:30 Almaniya 1 242
“Ronaldo bizim üçün çox qocadır” – Klub prezidenti

“Bavariya”nın prezidenti Qerbert Hayner yayda “Yuventus”un hücumçusu Kriştiano Ronaldonu transfer etmələrinin mümkünlüyünə dair yayılan xəbərlərə münasibə bildirib.

Sportinfo.az xəbər verir ki, Münhen klubunun rəhbəri bu xəbərləri təkzib edib:

“Mediada “Bavariya” ilə bir çox futbolçunun adı hallanır. Bu, normaldır. Ronaldoya gəlincə, o, bizim üçün çox qocadır”.

35 yaşlı Ronaldo bu mövsüm klub səviyyəsində 27 oyunda iştirak edib, 22 qol vurub və 3 qolun ötürməsini edib.

Digər Xəbərlər
Xəbər Lenti