Tarmenxan Babayev dünya çempionatında 10-cu oldu

9 Aprel 2017 14:33 Ağır atletika 407
Tarmenxan Babayev dünya çempionatında 10-cu oldu

Tailandın paytaxtı Banqkokda yeniyetmə ağır atletlərin dünya çempionatı davam edir. Sportinfo.az xəbər verir ki, 77 kiloqram çəki dərəcəsində körpücük üzərinə çıxan təmsilçimiz Tarmenxan Babayev 280 kiloqramlıq nəticə ilə 10-cu yeri tutub.

O, toplam nəticədə liderdən 32 kiloqram az çəki qaldırıb. 15 yaşlı Tarmenxan yalnız A qrupunda körpücüyə çıxan atletlərdən geri qalıb. Onun bu nəticəsi yer aldığı B qrupunda ən yüksək göstərici olub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti