"Bundan qorxmuram" - VİDEO

1 Aprel 2017 12:48 Ağır atletika 513
"Bundan qorxmuram" - VİDEO

Ağırlıqqaldırma üzrə Azərbaycan milli komandasının üzvü Əfqan Bayramov IV İslam Həmrəyliyi Oyunları üçün çağırış edib. Sportinfo.az xəbər verir ki, yarışın rəsmi saytında 34 yaşlı idmançının çıxışının yer aldığı videoçarx təqdim olunub.

Ə.Bayramov İslamiadaya hazır olduğunu söyləyib və azarkeşləri idmançılarımza dəstək olmağa çağırıb: "Hər bir zirvə fəth istəyir. Mənim üçün idman bir fəlsəfədi. O fəlsəfəni dərk edirəm. Çalışıram ki, bayrağımız hər zaman zirvədə ucalsın. "Hazıram" deməkdən qorxmuram: Hazıram! İslamiadada sizdən dəstək gözləyirəm".

Əfqan Bayramov 2013-cü ildə İndoneziayda keçirilən III İslam İslam Həmrəyliyi Oyunlarında gümüş medal qazanıb. O, 2012-ci ildə Türkiyədə keçirilən Avropa çempionatının qalibidir. IV İslam Həmrəyliyi Oyunlarında ağırlıqqaldırma üzrə yarışları bu il mayın 13-dən 17-dək keçiriləcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti