Dünya çempionatına yollanacaq azərbaycanllların adları

30 Mart 2017 18:36 Ağır atletika 433
Dünya çempionatına yollanacaq azərbaycanllların adları

Aprelin 3-də Tailandın pytaxtı Banqkokda keçiriləcək 2018-ci il Yeniyetmələrin Yay Olimpiya Oyunlarına lisenziya xarakterli dünya çempionatı üçün ağırlıqqaldırma üzrə Azərbaycan milli komandasının heyəti açıqlanıb. Sportinfo.az xəbər verir ki, 100-dək ölkədən 538 ağırlıqqaldıranın (179 qız və 359 oğlan) qatılacağı yarışa 9 idmançı yollanacaq.

Bir həftəyədək davam edəcək çempionatda Səbinə Əzimova (48 kq), İsmayıl Məmmədov, Elməddin Hüseynov ( hər ikisi 56 kq), Elvin Abdullayev (62 kq), Füqan Əliyev (69 kq), Tarmenxan Babayev (77 kq), Mayıl Şükürlü (85 kq), Ümidvar Bayramlı (94 kq) və Həsənbəy Həsənzadə (+94 kq) qüvvəsini sınayacaq.

Yeniyetmələrin Yay Olimpiya Oyunları 2018-ci ildə Argentinanın paytaxtı Buenos-Ayresdə keçiriləcək. Banqkokda təşkil olunacaq dünya birinciliyindəki nəticələr idmançıların lisenziya üçün reytinq xallarına təsir edəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti