Azərbaycan millisinin üzvü Avropa Kubokunun qalibi oldu

27 Mart 2017 18:36 Ağır atletika 390
Azərbaycan millisinin üzvü Avropa Kubokunun qalibi oldu

Triatlon üzrə Azərbaycan milli komandasının üzvü Rostislav Pevtsov İspaniyanın Las-Palmas şəhərində keçirilmiş Avropa Kubokunun qalibi olub. Sportinfo.az xəbər verir ki, Ukrayna əsilli 30 yaşlı idmançı bu qələbə sayəsində aktivinə reytinq balları yazdırıb.

R.Pevstov 1,5 kilometrlik su məsafəsini 18 dəqiqə 40 saniyəyə, 40 kilometrlik velodistansiyanı 1 saat 9 saniyəyə, 10 kilometrlik qaçış zolağını isə 30 dəqiqə 45 saniyəyə qət edərək, ümumi hesablamada 1 saat 50 dəqiqə 42 saniyə vaxt göstəricisi ilə qızıl medala sahib çıxıb.

Bu, triatlon üzrə Azərbaycan milli komandasının 2017-ci ildə əldə etdiyi ilk medal olub. Rostislav Pevtsov "Bakı 2015" I Avropa Oyunlarında bürünc medal qazanıb. O, 2016-cı il Rio-de-Janeryo Yay Olimpiya Oyunlarında da Azərbaycanı təmsil edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti