"Bakıda keçirilən Dünya Kuboku məni əmin etdi ki, proqramım düzgün qurulub" - Sportinfo.az xəbər verir ki, bunu Bakıda keçirilən idman gimnastikası üzrə Dünya Kubokunun iştirakçısı, Rumıniya gimnastı Katalina Ponor jurnalistlərə deyib.
Gimnast öz çıxışı barədə bunları bildirib: "Öz çıxışımı yaxşı qiymətləndirirəm. Bu kubok üçün çıxışım heç də pis deyildi. Lakin bir neçə elementin üzərində yenə işləməli, çıxışımı mükəmməl etməliyəm ki, Avropa Çempionatına ən yaxşı formada hazır olum".

