COP29

Azərbaycanlı Dünya Kubokunda qızıl medal qazandı

25 Aprel 2019 16:48 Ağır atletika 328
Azərbaycanlı Dünya Kubokunda qızıl medal qazandı

Azərbaycanın pauerliftinq üzrə paralimpiya yığmasının üzvü Pərvin Məmmədov Macarıstanın Eger şəhərində keçirilən Dünya Kubokunda qızıl medal qazanıb.

Azərbaycan Milli Paralimpiya Komitəsindən Sportinfo.az-a verilən məlumata görə, Məmmədov 49 kq-da ən yaxşı nəticəni göstərib.

O, 140 kiloqram çəkini qaldıraraq birinci yerə layiq görülüb. Eyni çəki dərəcəsində ikinci yeri 128 kq nəticə ilə polşalı Slavomir Symanski tutub.

Səudiyyə Ərəbistanından olan Olaymi Maysar 125 kq nəticə ilə üçüncü yerə layiq görülüb.

Bu qələbə ilə Pərvin Məmmədov "Tokio 2020" XVI Yay Paralimpiya Oyunlarında iştirak etmək şanslarını da artırıb.

Xəbər Lenti