COP29

"Neftçi" gedib ən problemi adamları tapıb gətirir” - VİDEO

17 May 16:00 Neftçi 1 436
"Neftçi" gedib ən problemi adamları tapıb gətirir” - VİDEO

"Neftçi" gedib ən problemi adamları tapıb gətirir”.

Bu sözlər ATV kanalında yayımlanan “Futbolumuz” verlişinin aparıcısı Ceyhun Rzayevə məxsusdur.

O, “Neftçi”nin son illərdə uğurlu nəticələr əldə edə bilməməsinin səbəblərini incələyib.

Televiziyanın tanınmış siması “ağ-qaralar”ın məşqçi və futbolçu seçimində ciddi səhvlərə yol verdiyini söyləyib.

Bildirib ki, Lorentsiu Regekampf, Adrian Mutu və Miodraq Bojoviç şəxsi həyatlarında ciddi problermlər yaşayan mütəxəssislərdir.

Rzayev əlavə edib ki, bu və digər problemlər legioner bazarında da özünü göstərir.

Aparıcı deyib ki, komandanın qeyri-sabit çıxış etməsi idarəçilərin işə məsuliyyətlə yanaşmamasının əlamətidir.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"