COP29

“Kim milliyə dəvət almırsa, qəbul etməlidir ki, günah onun özündədir”

17 May 15:00 Milli komanda 603
“Kim milliyə dəvət almırsa, qəbul etməlidir ki, günah onun özündədir”

“Bu toplanış seleksiya xarakteri daşıdı.

Bir həftə ərzində futbolçulara baxdıq”.

18 yaşadək oğlan futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Füzuli Məmmədov Sportinfo.az-a açıqlamasında keçirdikləri təlim-məşq toplanışı barədə danışıb.

Mütəxəssis toplanışın seleksiya xarakteri daşıdığını söyləyib:

“Kimlərə ki əvvəl çox şans verə bilməmişdik, onları yaxından izlədik. Həmçinin yeni gələnləri iş başında gördük.

Ümumiyyətlə, 23 futbolçuya dəvət göndərmişdik. Onlardan da iyirmisi yenidir.

Gördük, baxdıq, fərdi keyfiyyətləri ilə daya yaxından tanış olduq. Yoxlama oyunu keçirdik.

Komandanı ikitərəfli oyunda da sınadıq. Xoşumuza gələn hal budur ki, futbolçular çox istəklidir.

Hamısı özünü yaxşı tərəfdən göstərməyə çalışdı. Verilən tapşırıqları maksim dərəcədə dəqiq yerinə yetirmək üçün əllərindən gələni etdilər.

Bu il bir neçəs üzə çıxacaq. U-19 yığmasına baza hazırlayırıq. Bilirsiz, U-19-da geniş seleksiya etmək çətindir, çünki vaxt azdır.

Orada gərək 1-2 xılrda seleksiya edib, oyunlara hazırlaşasan. Bu il bizim geniş seleksiya etmək imkanımız var. indi potensiallı uşaqlarımız çoxdur.

İstərdim başa düşsünlər ki, hər şey özlərindən asılıdır. Kim milliyə dəvət almırsa, qəbul etməlidir ki, günah onun özündədir.

Yanaşmasını dəyişməlidir. Hərənin bir cür potensialı ola bilər, məşqlərə, oyunlara, şəxsi həyatlarına yanaşmaları da düzgün olsun gərək.

İnandırım sizi, inkişaf onda olacaq. Bu uşaqlar hər zaman milliyə dəvət alacaqlar.

Daha çox can atmalıdırlar. Çünki millinin tərkibində beynəlxalqa turnirlərdə iştirak böyük təcrübə qazanmaq deməkdir".

F.Məmmədov əsasən keyfiyyəti barədə az məlumatlı olduqları futbolçuları nəzərdən keçirmək istədiklərini deyib:

“Toplanış ərzində bir və ya iki dəfə məşq keçdiyimiz günlər oldu”.Bu il yarışımız olmadığı üçün çalışırıq ki, keyfiyyətləri barədə az məlumatlı olduğumuz futbolçularla bağlı informasiya alaq.

Yarış ili olanda geniş miqyasda seleksiya xarakterli toplanışlar keçirə bilmirik. Nəticədə daha az, xüsusilə də tanıdığımız futbolçuları milliyə dəvət edirik.

Elələri var ki, inkişaf edir, yaxud da əksinə Gərək onları diqqətdən kənarda saxlamayasan. Milli komandaya hər zaman ən yaxşı futbolçuları dəvət etməyə çalışmışıq.

Bu gün də yaxşı futbolçular üçün millinin qapısı açıqdır. Onlardan istəyimiz odur ki, əzmkar məşq etsinlər, oyunlarda özlərini yaxşı göstərsinlər, yığmaya dəvət almaq üçün əllərindən gələni əsirgəməsinlər.

Toplanışa dəvət etdiyimiz futbolçuların əksəriyyəti Azərbaycan klublarından gəlmişdilər. Klublarla heç vaxt çətinliklərimiz olmayıb.

Hər zaman onlarla əlaqədəyik, münasibətlərimiz normaldır”.

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"