"Neftçi" növbəti SÜRPRİZ TRANSFER həmləsi etdi – SON DƏQİQƏ

17 May 2024 13:00 Neftçi 6 922
"Neftçi" növbəti SÜRPRİZ TRANSFER həmləsi etdi – SON DƏQİQƏ

Yeni mövsümün transfer çalışmalarına start verən «Neftçi»nin bəzi planları üzə çıxmaqdadır.

Avrokuboklara vəsiqə uğrunda mübarizə aparan «ağ-qaralar» Şahruddin Məhəmmədəliyevdən sonra millinin daha bir üzvünün xidmətində maraqlıdır.

Paytaxt təmsilçisi «Adana Demirspor»un formasını geyinən qapıçıyla yanaşı, Mahir Emreliyə dəvət göndərib. «Neftçi» 27 yaşlı hücumçuya 2+1 illik təklif edib.

Emreli hazırda «Dinamo»ya məxsusdur. Onun Zaqreb təmsilçisi ilə müqaviləsi 2026-cı ilin yayınadək nəzərdə tutulub.

«Bakı»nın yetirməsinin bu ayın sonunda Xorvatiyadan ayrılması gözlənilir. Buna səbəb əsas heyətə düşməməsidir.

«Dinamo»nun Mahirə azad agent statusu vermək istəməsi məlumdur. Hələlik o naməlumdur ki, forvard təzminat almadan buranı tərk etməyə razılaşacaq, ya yox.

Yəqin ki, qarşıdakı həftələrdə bu sualın da cavabını biləcəyik. Bəlkə daha tez.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti