COP29

"Neftçi"dən "yararsız" adıyla göndərilən forvard nələr edir, nələr…

17 May 19:40 Neftçi 7 487
"Neftçi"dən "yararsız" adıyla göndərilən forvard nələr edir, nələr…

"Neftçi"nin qış fasiləsində yollarını ayırdığı futbolçulardan biri Aaron Olanare oldu.

Yayda "ağ qaralar"a transfer olunan nigeriyalıya 6 aydan sonra "yararsız" damğası vurularaq göndərildi.

Təxminən iki ay klubsuz qalan hücumçunun səsi günün birində Norveçdən gəldi.

"Qarabağ"ın sayəsində yaxından tanıdığımız (Son mövsüm Avropa Liqasının qrup mərhələsində rəqib olmuşdular) "Molde" Olanareni heyətinə qatdı.

Və Bakıda "yararsız" damğası vurulan adam Moldedə əməlli-başlı "oyun çıxardır".

O, meydana çıxdığı 11 oyunda rəqib qapılarının torunu 5 dəfə silkələyə bilib.

Bir dəfə isə komanda yoldaşının qol vurmasına şərait yaradıb. Demək olar bütün qarşılaşmalarda ikinci yarı şans alan tanış simanın performansını yüksək qiymətləndirmək olar.

O, daha çox start heyətində meydan çıxdığı "Neftçi"nin heyətində isə 15 oyunda 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalmışdı. Vurduğu 3 qoldan biri Ölkə Kubokunda Birinci Liqa təmsilçisi "Qaradağ Lökbatan"la matça təsadüf edirdi.

Bir futbolçunun Azərbaycanda uğursuz, Skandinaviyada parlaq çıxış etməsi normaldır.

Futbolda belə nümunələr çox çəkmək olar.

Amma "Neftçi" adı ilə bağlı belə misalların sayı-hesabı yoxdur.

Bu, bir daha göstərir ki, "Neftçi"də problem oyunçularda yox, rəsmilərdə, sistemsizlikdədir.

Olanarenin Norveçdəki uğurlu çıxışını da "Neftçi" rəhbərliyinə ünvanlanan mesaj kimi qəbul etmək olar - problem məndə yox, sizdə idi.

Bu gün də paytaxt təmsilçisinin kifayət qədər yaxşı heyəti var.

Amma bərbad idaretmə, hərc-mərclik ortaya uğurlu iş qoymağa imkan vermir. Pərakəndəlik oyunçuların zəif performans göstərməsinə yol açır.

Bunun nəticəsidir ki, yayda milyonlar axıdılaraq yığılan kollektiv çempionluq şansını çox erkən itirib.

Komandanın hazırda avrokuboklara getmək şansı qalıbsa, klub rəsmiləri buna görə heyətdəki yaxşı futbolçuların fərdi ustalığına borclu olmalıdır.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"