Ruslan Abışov indi nə işlə məşğuldur?

17 May 2024 14:40 Gündəm 2 737
Ruslan Abışov indi nə işlə məşğuldur?

Millinin sabiq müdafiəçisi Ruslan Abışov xarici dil öyrənməyə başlayıb.

Ötən ilin yayında karyerasını bitirən «Neftçi»nin yetirməsi ingilis dilini mənimsəməyi lazım bilib.

O, bu məqsədlə müəllim yanına gedir.

Azərbaycan futbol tarixinin ən yaxşı arxa xətt oyunçuları sırasına daxil olmuş Abışovun məqsədi məşqçi həyatına atılmaqdır.

Uzun illər müxtəlif iddialı klubların formasını geyinmiş Ruslan bir neçə ay öncə Mahaçqala «Dinamo»sunda təcrübə keçib.

Rusiyanın birinci liqa klubunun Antalyada təşkil edilən təlim-məşq toplanışında iştirak edib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:00 Çək və bizə göndər!
13 Sentyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 08:30 “Qarabağ” NİCAT tapdı
13 Sentyabr 03:20 Canın “Van”ı1:1 etdi