Ölkəmizin yeniyetmə oğlanlardan ibarət ağırlıqaldırma yığması beynəlxalq yarışlara hazırlıq məqsədi ilə təlim-məşq toplanışlarını davam etdirir. Sportinfo.az xəbər verir ki, millimiz bu dəfə Astaraya yola düşüb.
Təcrübəli məşqçilərin rəhbərliyi altında komanda bu şəhərdəki AAAF Park Yaşayış Kompleksinin “Zirvə” ağır atletika təlim-məşq bazasında hazırlıq keçəcək. Toplanış martın 29-na qədər davam edəcək.

