Paralimpiyaçı cüdoçulardan ibarət Azərbaycan milli komandası Gürcüstanın Batumi şəhərinə təlim-məşq toplanışına yollanıb. Sportinfo.az xəbər verir ki, 13 gün davam edəcək toplanış Bakıda keçiriləcək IV İslam Həmrəylik Oyunlarına hazırlıq xarakteri daşıyır.
İslamiadanın proqramına cüdo və atletika olmaqla, iki paralimpiya idman növü əlavə edilib. Azərbaycanı təmsil edəcək paralimpiyaçıların adları yaxın günlərdə açıqlanacaq. IV İslam Həmrəyliyi Oyunları 12 - 22 mayda təşkil olunacaq.

