Çexiyada keçirilən Avropa çempionatının ardından fiqurlu konkisürənlərin dünya reytinqi açıqlanıb. Sportinfo.az-ın məlumatına görə, Beynəlxalq Konkisürmə Federasiyasının (İSU) cədvəllərində Azərbaycan idmançıları da yer alıb.
Kişilərin tək yarışlarında ölkəmizi təmsil edən Larri Loupolover 205 idmançı arasında 71-ci pillədə qərarlaşıb. Milliləşən legionerimizin hesabında 849 xal var.
Buz üstündə rəqslərdə mübarizə aparan Varvara Oqloblina ilə Mixail Jirnovdan ibarət duetə 385 xala malikdi. Onlar 126 cüt arasında 81-cidi.

