Ağır atletika üzrə yeniyetmə, gənc və böyüklərdən ibarət yığma komandalar təlim-məşq toplanışını davam etdirir. Sportinfo.az xəbər verir ki, "AAAF Park" yaşayış kompleksinin təlim-məşq bazasında məşqlərini davam etdirən idmançılar qarşıdakı yerli və beynəlxalq yarışlara hazırlaşırlar.
Atletlərin qidalanma, yaşayış, geyim, məşq avadanlıqları və başqa tələbləri yerinə yetirilib, maksimum şərait yaradılıb. Toplanışa yığma komandaların məşqçilər heyəti nəzarət edir. Mütəxəssislər qeyd edir ki, düşərgədə yüksək əhval-ruhiyyə hökm sürür, verilən tapşırıqlar böyük həvəslə yerinə yetirilir. Əsas yığmanın üzvləri növbəti təlim-məşq toplanışı üçün Ukraynanın Xmelnitski vilayətinin Kamenets-Podolsk şəhərinə yollanacaq.

