Məğlubiyyət sayına və təhqiramiz sözlərə görə vəzifəsindən getdi

14:40 I Divizion 562
Məğlubiyyət sayına və təhqiramiz sözlərə görə vəzifəsindən getdi

MOİK-də baş məşqçi ilə futbolçular arasında problem yaranıb.

Yayda ordu klubundan gələn təklifi qəbul edən İlham Yədullayev I Liqanın ilk dörd turunda qeydə alınan uğursuz nəticələrə görə oyunçulardan narazı qalıb.

O, «Şəfa»ya 1:3 hesablı məğlubiyyətdən sonra komanda üzvləri ilə söhbətləşib və yekunda halallaşıb.

MOİK ilə yanaşı, U-18 yığmasını da çalışdıran mütəxəssis bildirib ki, burada özünü yaxşı hiss eləmir, çünki kollektivdən özünə adekvat münasibət görmür.

Futbolçuları qeyri-etik hərəkətlərə yol verməkdə qınayan Yədullayev deyib ki, belə yerdə işləmək ona xoş deyil və qalarsa, vəziyyətin qaydasına düşəcəyinə artıq inanmır:

«Stadiona gələnlərin hamısı məni tanyır, siz isə meydanda bir-birinizin ünvanına söyüş işlədirsiz. Bu qədər uduzmaq olmaz.

Biz mövsümə tamam başqa iddia ilə başlamışdıq. Yüksək yerlər uğrunda mübarizə aparacaqdıq».

MOİK liqanın ilk dörd turu ərzində cəmi 1 xal toplayıb. «Şahdağ», «Baku Sportinq» və «Şəfa»ya yenilən «hərbiçilər» yalnız «Şimal»la 1:1 oynayıb.

Bu nəticəylə onlar turnir cədvəlinin 9-cu pilləsində yer alıb və top fərqinə görə «Difai»ni qabaqlayırlar.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti