“Qaradağ” Binədə, "Karvan" Zaqatalada uduzdu, Mingəçevirdə sülh

9 May 22:40 I Divizion 139
“Qaradağ” Binədə, "Karvan" Zaqatalada uduzdu, Mingəçevirdə sülh

Bu gün I Liqada 25-ci tura yekun vurulub.

Sporinfo.az xəbər verir ki, 2-ci - sonuncu oyun gününə 3 matç nəzərdə tutulub.

"Qaradağ Lökbatan" MOİK-lə qarşılaşıb. "Karvan" "Zaqatala" ilə üz-üzə gəlib. "İmişli" isə "Mingəçevir"in qonağı olub.

Birinici liqada "Qəbələ" çempionluğu, "İmişli" və "Karvan" növbəti mövsüm üçün Misli Premyer Liqasına vəsiqəni təmin ediblər.

"Qaradağ Lökbatan” – MOİK 0:1

Qol: S.Allahquliyev, 60

Hakimlər: Rauf Cabarov, Orxan İbişov, Sənan Atayev, Emin Əliyev

Lökbatan OİK stadionu

“Zaqatala” – “Karvan” 3:0

Qollar: J.Assumu, 60, C.Cəbrayılov, 64, C.Qurbanlı, 90

Hakimlər: Murad Səlimov, Elman Kərimov, Elmin Süleymanov, İslam Məmmədov

Zaqatala OİK stadionu

“Mingəçevir” – “İmişli” 0:0

Hakimlər: Nicat İsmayıllı, Mirnihad Seyidov, Asif Abdullayev, Niyaz Əhmədov

Y.Məmmədzadə adına Mingəçevir şəhər stadionu (ehtiyat meydança)

8 may (cümə axşamı)

“Qəbələ” – “Cəbrayıl” - 3:1

“Bakı Sportinq” – “Difai” - 1:2

Digər Xəbərlər
Xəbər Lenti
9 May 11:00 Məcarə axtarmayın!