Divizionda mübarizə aparan komandalara ayrılan vəsait bilindi

29 Sentyabr 2022 14:40 I Divizion 950
Divizionda mübarizə aparan komandalara ayrılan vəsait bilindi

AFFA-nın I Divizionda çıxış edən Premyer Liqa klublarının əvəzedici heyətlərinə ayırdığı aylıq yardımın məbləği məlum olub.

Belə ki, qurum aşağı dəstədə yarışan elita təmsilçilərinin komandalarının hər biri üçün 20 min manat nəzərdə tutub.

Ödəmə 10 ay həyata keçiriləcək. Federasiya bundan savayı, Naxçıvana səfər edəcək kollektivlərin bilet, otel və qmda pulunu qarşılamağı öz üzərinə götürüb.

Premyer Liqa mənsublarından yalnız «Sabah»ın əvəzedici heyəti I Divizionda qüvvəsini sınamır.

Əksər gənclərinine əsas komandaya cəlb olunmasını, həmçinin başqa klublara icarəyə verilməsini əsas gətirən Masazır təmsilçisi AFFA-dan 1 illik möhlət götürüb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti