
I Liqada 25-ci tura start verilib.
Məqsədi çempionatda qalmaq olan "Difai" Binədə "Baku Sportinq" tərəfindən qonaq edilib.
Turnir cədvəlinin aşağı sıralarında yer alanları maraqlandıran qarşılaşmaya AFFA kifayət qədər ciddi münasibət göstərib.
Qurumun icraçı vitse-prezidenti Sərxan Hacıyev və onun müşaviri Orxan Əhmədov qəsəbə stadionuna təşrif buyurub.
FİFA referisi Elçin Məsiyevin matça təyinat almasını da qeyd edək. İnsafən, o, normal idarəçiliklə yadda qaldı, tərəfkeş kimi davranmadı.
Düzdür, tez-tez oyunu dayandırırdı, ancaq qətiyyən demək olmaz ki, Məsiyevin məqsədi tərəflərdən birinə «əl tutmaq» idi.
Bu, 1 qolluq oyun idi. Kim hesabı açsa, o da qalib gələcəkdi. Mübarizə əsasən mərkəzdə getdi. Qapılar önündə təhlükəli vəziyyətlər az-az yaranırdı.
Son beş turda məğlubiyyət üzü görmüş «Baku Sportinq» uzun ötürmələrdən yararlanmaqla və cinah asmalarına üstünlük verməklə «Difai»nin müdafiəsində boşluq tapmaq istəyirdisə, qonaqlar irəlidə Muhammed Alfa ilə Kristian Kamtanın fərdi bacarığına, sürətinə bel bağlayırdı.
Mahir Həsənovun 69-cu dəqiqədə yol verdiyi səhv oyunun gedişatını və rəngini tamam dəyişdi. «Kəpəz»dən icarəyə götürülmüş müdafiəçinin yanlış pası Buzovna təmsilçisinin hesabı açmasına vəsilə oldu.
İtirməyə heç nəyi qalmayan «fədailər» son 20 dəqiqəni irəlidə keçirdi. Böyük qüvvə ilə irəli atılan komandanın cəhdləri yerdə qalmadı.
Öncə Emil Quluzadənin yerinə yetirdiyi cərimə zərbəsindən sonra Arzu Atkişiyev başla fərqləndi. 90+1-ci dəqiqədə isə Xəyyam Məmmədli qapı dirəyindən dönən topu qapıya göndərməklə yekun nəticəni müəyyənləşdirdi.
Bununla, «Difai» uğursuz oyunlar seriyasına son qoydusa, «Baku Sportinq»in ardıcıl məğlubiyyət sayı 6-ya çatdı.
Matçın axarı əyan etdi ki, Elman Sultanovun çalışdırdığı komanda niyə bugündədir. Futbolçular arasında münasibətlər yaxşı deyil: oyun gedə-gedə biri digərinin üstünə qışqırır.
Onun dediyini bu eşitmir, bunun dediyini o. hərəsinin ağzından bir avaz gəlir. Məşqçilərə reaksiyaları da aqressivdir. Dəfələrlə baş məşqçinin yardımçılarına etiraz bildirdilər.
Bu matçdan sonra "Difai" 25 xalla 9-cu, "Baku Sportinq" isə 26 xalla 7-ci pillədə qərarlaşıb.
SPORTİNFO.AZ
"Baku Sportinq" - Difai" 1:2
Qollar: Elşən Abdullayev, 69 // Arzu Atakişiyev, 86; Xəyyam Məmmədli, 90+1
Binə qəsəbə stadionu. 90 tamaşaçı
Baş hakim: Elçin Məsiyev
Baş hakimin köməkçiləri: Elşad Abdullayev, Pərvin Talıbov
Dördüncü hakim: Rövşən Rəcəbov
Hakim-inspektor: Gülağa Cabarov
AFFA nümayəndəsi: Asif Əliyev
Sarı vərəqələr: Hüseyn Mürsəlov, 37 (qeyri-idman hərəkəti); Ruslan Süleymanov, 41 (qeyri-idman hərəkəti); İlham Allahverdiyev, 80 (qeyri-idman hərəkəti) // Arzu Atakişiyev, 45 (qeyri-idman hərəkəti); Mahir Həsənov, 81 (qeyri-idman hərəkəti); Yaqub Yusubov, 83 (qeyri-idman hərəkəti)
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 5 dəq.
“Baku Sportinq”
1. Cəfər Əlizadə
18. İlham Allahverdiyev
16. Elşən Abdullayev
(9. Xəzər Mahmudov, 70)
6. İsa Zeynallı (k)
34. Elmin Əskərli
37. Ruslan Süleymanov
10. Asim Əlizadə
22. Elcan Hafizli
20. Əli Mürsəlov
11. Elvin Valiiev
(34. Elmin Əskərli, 89)
12. Hüseyn Mürsəlov
4. Rəşad Həsənov
Ehtiyat oyunçular:
77. Şahin Zəkiyev
8. Nazim Bağırov
7. Rəhman Quliyev
5. Nazim Həsənzadə
99. İlkin Əliyev
2. Ramil Rüstəmov
Baş məşqçi: Elman Sultanov
“Difai”
1. Sahib Həsənov
11. Fərid Kərimzadə
(44. Yaqub Yusubov, 70)
7. Ceyhun Muxtarlı
(32. Xəyyam Məmmədli, 73)
55. Seymur Əliyev (k)
6. Xəyal Bədirov
2. Seymur Rəhimov
20. Mahir Həsənov
8. Emil Quluzadə
9. Kristian Kamta
66. Arzu Atakişiyev
19. Muhammed Alfa
(21. Anar Əhmədzadə, 90+4)
Ehtiyat oyunçular:
85. Nail Alışov
12. Vaqif Məlik-Yeqanov
24. Rəvan Əvəzov
5. Ömər Məmmədzadə
13. Nicat Əliyev
Məşqçi: Aydın Qasımov