Çempionatda debüt edəcək komandada 9 müqavilə imzalandı - FOTOLAR

23 İyul 2024 10:40 I Divizion 1 793
Çempionatda debüt edəcək komandada 9 müqavilə imzalandı - FOTOLAR

I Liqada debüt edəcək «Bakı Sportinq»də kütləvi müqavilə qeydə alınıb.

Elman Sultanovu hələlik baş məşqçi postunda saxlayan Buzovna təmsilçisi 9 futbolçu ilə kontrakt bağlayıb.

«Qəbələ»dən Hüseyn Mürsəlov, «İrəvan»dan Orxan Fərəcov, Asim Əlizadə, «Difai»dən Rəhman Quliyev, Nazim Bağırov, «Qaradağ Lökbatan»dan Rəşad Həsənov və «Zirə»dən Nazim Həsənzadə ilə birillik anlaşma əldə olunub.

Həmçinin ötənilki heyətdən Cəfər Əlizadə və Azad Rəcəbovla sözləşmə 1 il müddətin uzadılıb.

«Baku Sportinq» keçən mövsüm II Liqada çıxış edib və çempion olaraq bir üst liqaya vəsiqə qazanıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti