COP29

Müharibəyə görə valideynlərini görməyən millimizin üzvündən təsirli sözlər!

7 İyun 22:40 Zirə 2 323
Müharibəyə görə valideynlərini görməyən millimizin üzvündən təsirli sözlər!

“Bu dəqiqə Ukraynaya getməyim heç cür mümkün deyil.

Hər nə qədər bunu istəsəm də, alınmayacaq”.

“Zirə”nin əslən azərbaycanlı, lakin Ukraynada doğulan və bu ölkədə böyüyən futbolçusu Rüstəm Əhmədzadə Sportinfo.az-a verdiyi maraqlı açıqlamalarla diqqət çəkib.

Rusiya ilə Ukrayna arasında 2 ildən artıqdır davam edən müharibə bir çox əngəllərə səbəb olub.

Hazırda Ukraynaya hava reysləri təşkil olunmur, 62 yaşına qədər yerli vətəndaşların ölkəyə giriş-çıxışına qadağa qoyulub.

Rüstəm belə vəziyyətdə istirahət haqda düşünmədiyini gizlətməyib:

“İnanın, istirahət barədə fikirləşmirəm. Hələ ki, buradayam, gələcək taleyimin necə olacağını bilməliyəm.

Həm də zədəyə görə məşqlərdən və oyunlardan kənarda qalmışdım. Ona görə də dincəlməyə gərək görmürəm”.

23 yaşlı futbolçu xeyli vaxtdır valideynlərini görmür. Onlar üçün darıxdığını desə də, əlindən heç nə gəlmir:

“2 il yarımdır valideynlərimi görmürəm. 2022-ci ilin yanvarında Azərbaycana gələndən hələ Ukraynaya getməmişəm

. Mən bura gələndən bir ay sonra müharibə başladı. Valideynlərimlə yaxşı halda videogörüntü vasitəsi ilə danışırıq.

Məlum vəziyyətlə bağlı yerli vətəndaşlara tətbiq olunmuş qadağalara əsasən onlar Bakıya gələ bilmirlər. Düşünürəm ki, Ukrayna sərhəddinə gedim, çətin də olsa orada görüşək”.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti