Məsuliyyətsizlik etməyək - Cari mövsüm ləğv olundu

8 May 2020 16:28 Voleybol 515
Məsuliyyətsizlik etməyək - Cari mövsüm ləğv olundu

Voleybol üzrə Millətlər Liqasının 2020-ci ildəki oyunları ləğv edilib.

Sportinfo.az xəbər verir ki, bu barədə qərarı Beynəlxalq Voleybol Federasiyası (FİVB) verib.

Buna koronavirus pandemiyası səbəb olub. Öncədən turnirin matçları Tokio-2020 Yay Olimpiya Oyunlarının sonunadək, sonradan isə 2021-ci ilin axırına təxirə salındığı bildirilsə də, qurum ləğv qərarına üstünlük verib.

FİVB prezidenti Ari Qrasa bu addıma aydınlıq gətirərək bildirib ki, belə vəziyyətdə bu turnirin təşkili məsuliyyətsizlik olardı. O, 2021-ci ildə oyunların daha maraqlı olacağına ümid etdiyini dilə gətirib, idmançıları yeni turnirə hazırlaşmağa çağırıb.

Kişi və qadınlar arasında 2018-ci ildən təşkil olunun Millətlər Liqasında Azərbaycan yığmaları mübarizə aparmır.

Xəbər Lenti