Macarıstan, Xorvatiya və Avstriya yığmalarına qalib gəldik

03:20 Voleybol 89
Macarıstan, Xorvatiya və Avstriya yığmalarına qalib gəldik

Avropa Liqasına hazırlaşan Azərbaycanın qadın voleybolçulardan ibarət millisi ölkə xaricindəki təlim-məşq toplanışını başa vurub.

Sportinfo.az Azərbaycan Voleybol Federasiyasına istinadən xəbər verir ki, mayın 12-16-da Macarıstanda təlim-məşq toplanışında olan komanda bu ölkənin yığması ilə iki yoxlama oyunu keçirib və hər iki qarşılaşmada qələbə qazanıb (3:0, 3:1).

Daha sonra Sloveniyaya yollanan voleybolçular mayın 16-dan 29-dək Maribor şəhərində hazırlıq keçiblər.

Faiq Qarayevin rəhbərlik etdiyi yığma burada baş tutan yoxlama oyunlarında Xorvatiya (3:1) və Avstriya (3:1, 3:1) millilərini, eləcə də ABŞ-nin "Colgate" klubunu (3:0) məğlub edib.

Azərbaycan millisi Avropa Liqasındakı ilk oyunlarını Bakıda keçirəcək. İyunun 5-7-də baş tutacaq qarşılaşmalarda komandanın rəqibləri İsveç və Estoniya olacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti