Azərbaycan millisi “Minsk”ə iki dəfə məğlub oldu

29 May 04:00 Voleybol 592
Azərbaycan millisi “Minsk”ə iki dəfə məğlub oldu

Kişi voleybolçulardan ibarət Azərbaycan millisi Belarusda təşkil olunan təlim-məşq toplanışını başa vuraraq Vətənə qayıdıb.

Sportinfo.az xəbər verir ki, Avropa Liqasına hazırlığı davam etdirən yığma mayın 22-dən 27-dək Belarusda təşkil olunan təlim-məşq toplanışı çərçivəsində yerli "Minsk" ilə iki yoxlama oyunu keçirib.

Boris Qrebennikovun rəhbərlik etdiyi komanda hər iki qarşılaşmada məğlub olub (0:4, 1:3).

Azərbaycan millisi Avropa Liqasının ilk turunun oyunlarını iyunun 6-7-də İsveçdə keçirəcək.

Komandamızın rəqibləri ev sahibi İsveç və Yunanıstan yığmaları olacaq.

Digər Xəbərlər
Xəbər Lenti
29 Avqust 17:30 Çək və bizə göndər!
29 Avqust 14:00 Sındırmaq belə olur!