Qadın voleybolçulardan ibarət "Gəncə" klubu məşqçisi Xanlar Ələkbərov ilə müqavilənin müddətini uzadıb.
Sportinfo.az xəbər verir ki, bu barədə bölgə təmsilçisindən məlumat verilib.
Mütəxəssis 2026/2027 mövsümündə də komandada işinə davam edəcək.
"Gəncə" daha əvvəl baş məşqçisi Rafael Petri ilə müqavilənin müddətini artırıb.

