"Ordu" "Neftçi"yə məğlub oldu, "Xilasedici" "Gənclər"i üstələdi

5 Mart 04:30 Voleybol 536
"Ordu" "Neftçi"yə məğlub oldu, "Xilasedici" "Gənclər"i üstələdi

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında XVI tura start verilib.

Sportinfo.az xəbər verir ki, turun ilk oyun günündə iki qarşılaşma baş tutub.

"Ordu" "Neftçi"yə 2:3 (25:19, 21:25, 18:25, 25:22, 10:15) hesabı ilə məğlub olub.

"Xilasedici" komandası isə "Gənclər"i üstələyib - 3:0 (25:11, 25:15, 25:11).

Hər iki qarşılaşma Fövqəladə Hallar Nazirliyinin idman zalında keçirilib.

Qeyd edək ki, tura martın 5-də yekun vurulacaq.

Digər Xəbərlər
Xəbər Lenti