Həmyerlimiz Albaniyada ən yaxşı hakim seçildi - FOTO

4 Mart 05:00 Voleybol 526
Həmyerlimiz Albaniyada ən yaxşı hakim seçildi - FOTO

Azərbaycanlı güləş referisi Asif Şirəliyev Albaniyanın paytaxtı Tiranada keçirilən "Muhamet Malo" turnirinin ən yaxşı hakimi seçilib.

Sportinfo.az xəbər verir ki, I-S kateqoriyalı hakim fevralın 25-dən martın 1-dək baş tutan reytinq xarakterli yarışda ədaləti yüksək səviyyədə qoruduğu üçün yerli federasiya tərəfindən təltif edilib.

Albaniya Güləş Federasiyasının prezidenti Sahit Prizreni həmyerlimizə turnirin ən yaxşı hakimi üçün nəzərdə tutulmuş xüsusi mükafatı təqdim edib.

Digər Xəbərlər
Xəbər Lenti
29 Avqust 14:00 Sındırmaq belə olur!