"Mənə növbəti dəfə də təklif olsaydı, yenə qadınlarla işləyərdim"

08:20 Voleybol 96
"Mənə növbəti dəfə də təklif olsaydı, yenə qadınlarla işləyərdim"

Voleybol üzrə Azərbaycan millisinin baş məşqçisi Faiq Qarayev ikinci dəfə seçim etməli olsaydı, yenə qadınlarla işləməyi üstün tutardı.

Sportinfo.az xəbər verir ki, təcrübəli mütəxəssis bunu Məşqçilərin I Forumunda deyib.

O, ölkəmizdə ilk dəfə bu tədbirin keçirildiyini xatırladıb:

"Bu, bizim arzumuz idi. Burada tanınmış məşqçilər var. Uzun müddət qadınlarla işləmişəm, kişilərlə çalışmamışam.

Mənə növbəti dəfə də təklif olsaydı, yenə qadınlarla işləyərdim. Bütün uğurları onlarla qazanmışam.

Voleybolçularımız Avropanın ən yaxşıları seçilirdilər. Mən bir neçə nəsillə işləmişəm.

SSRİ vaxtı Yüksək Liqada çalışmışam. Ardınca Türkiyədə fəaliyyət göstərmişəm. Fərqli məşqçilik həyatım olub".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti