Yeniyetmə və gənc oyunçular arasında seleksiya prosesi davam etdirilir

22 Fevral 04:50 Voleybol 363
Yeniyetmə və gənc oyunçular arasında seleksiya prosesi davam etdirilir

Azərbaycan Voleybol Federasiyası (AVF) yeniyetmə və gənc voleybolçular arasında seleksiya prosesini davam etdirir.

Sportinfo.az xəbər verir ki, "seçim günü" çərçivəsində növbəti seçimlər bu gün Bakı şəhərində keçirilib.

Yeniyetmə və gənc oğlanlardan ibarət Azərbaycan millisinin baş məşqçisi Cahangir Seyed Abbasi Bakı Regional Voleybol Klubunda məşq edən 2012–2013-cü il təvəllüdlü oğlan voleybolçuların hazırlıq səviyyəsi ilə tanış olub.

Seçim mərhələsini uğurla keçən idmançılar yeniyetmələrdən ibarət milli komandaya cəlb olunacaqlar. Növbəti "Seçim günü" fevralın 28-də Şəkidə keçiriləcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
14 Aprel 18:10 Çək və bizə göndər!