Yeniyetmə və gənc oğlan oyunçuların seleksiya prosesi başladı

17 Fevral 04:30 Voleybol 366
Yeniyetmə və gənc oğlan oyunçuların seleksiya prosesi başladı

Azərbaycan Voleybol Federasiyası (AVF) tərəfindən yeniyetmə və gənc oğlan voleybolçuların seleksiya prosesi başlayıb.

Sportinfo.az xəbər verir ki, "Seçim günü" çərçivəsində fevralın 14-15-də Sumqayıt Regional Voleybol Klubu və Şərqi Zəngəzur Regional Voleybol Klubu nəzdində fəaliyyət göstərən komandalarda seçimlər aparılıb.

Burada 2012 və 2013-cü il təvəllüdlü voleybolçuların fiziki hazırlıq səviyyəsi və texniki-taktiki bacarıqları gənc oğlanlardan ibarət milli komandaların baş məşqçisi Cahangir Seyed Abbasi tərəfindən qiymətləndirilib.

Seçilən perspektivli idmançılar müvafiq yaş qrupları üzrə yığmalara cəlb olunacaqlar.

Seleksiya prosesi mərhələli şəkildə davam etdiriləcək. Növbəti "Seçim günü" fevralın 21-də Bakı Regional Voleybol Klubunun bazasında təşkil olunacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
15 Aprel 18:10 Çək və bizə göndər!
15 Aprel 07:10 Əhalimizin sayı artıb
15 Aprel 01:20 Yenə daban-dabana…