"Turan" özünü "Gəncə"yə göstərdi, "Abşeron" məğlubiyyətlə barışdı

6 Fevral 04:40 Voleybol 471
"Turan" özünü "Gəncə"yə göstərdi, "Abşeron" məğlubiyyətlə barışdı

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında XII tura start verilib.

Sportinfo.az xəbər verir ki, turun ilk oyun günündə üç görüş baş tutub.

Əvvəlcə "Azərreyl" "UNEC" kollektivini 3:1 (21:25, 25:17, 25:15, 25:19) hesabı ilə üstələyib. Ardınca "Turan" "Gəncə"ni 3:1 (24:26, 25:23, 25:12, 25:23), "Milli Aviasiya Akademiyası" isə "Abşeron"u 3:1 (25:15, 20:25, 25:15, 25:10) hesabı ilə məğlub edib.

"Turan" - "Gəncə" matçı Tovuz Olimpiya İdman Kompleksində, digər iki qarşılaşma isə Azərbaycan Voleybol Federasiyasının idman zalında keçirilib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti