Respublikanın bölgələrində yeniyetmə və gənc oyunçu oğlanların seçimləri olacaq

04:50 Voleybol 66
Respublikanın bölgələrində yeniyetmə və gənc oyunçu oğlanların seçimləri olacaq

Azərbaycan Voleybol Federasiyası (AVF) yeniyetmə və gənc voleybolçu oğlanların seçiminə start verir.

Sportinfo.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

Seçimlər Bakıda və bölgələrdə fəaliyyət göstərən Regional Voleybol Klublarında məşq edən 2012–2013-cü il təvəllüdlü oğlanlar arasında keçiriləcək.

Yeniyetmə və gənc oğlanlardan ibarət milli komandaların rəhbəri Cahangir Seyed Abbasi tərəfindən aparılacaq seçimlərdə fərqlənən voleybolçular yeniyetmə və gənc milli komandalara cəlb olunacaqlar.

Seçimlər Sumqayıtda (14 fevral), Şərqi Zəngəzurda (15 fevral), Bakıda (21 fevral), Şəkidə (22 fevral), Tovuzda (28 fevral), Gəncədə (1 mart) və Naxçıvanda (7 mart) baş tutacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
4 Fevral 18:10 Çək və bizə göndər!