"Turan"dan növbəti uğur - Yüksək Liqada növbəti oyunlar

04:00 Voleybol 48
"Turan"dan növbəti uğur - Yüksək Liqada növbəti oyunlar

Voleybol üzrə Azərbaycan Yüksək Liqasında növbəti oyunlar baş tutub.

Sportinfo.az xəbər verir ki, kişilərin yarışında VIII turdan təxirə salınmış matç keçirilib.

Fövqəladə Hallar Nazirliyinin idman zalında reallaşan görüşdə "Azerreyl" "Xilasedici"ni 3:0 (29:27, 25:22, 25:22) hesabı ilə məğlub edib.

Qadınların mübarizəsində isə IX turun iki görüşü təşkil olunub. "Turan" "Murov Az Terminal"ı 3:0 (25:18, 25:14, 25:19), "DH Volley" kollektivi isə "Milli Aviasiya Akademiyası"nı 3:0 (25:23, 25:17, 25:21) hesabı ilə üstələyib.

İlk qarşılaşma "Murov Az Terminal"ın, ikinci matç isə "Milli Aviasiya Akademiyası"ının idman zalında gerçəkləşib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
16 Yanvar 17:30 Çək və bizə göndər!
16 Yanvar 17:20 Daha bir transfer - FOTO