Türkiyə və Yunanıstan klublarının oyununu idarə edəcək - Azərbaycanlı

16 Yanvar 03:50 Voleybol 490
Türkiyə və Yunanıstan klublarının oyununu idarə edəcək - Azərbaycanlı

Beynəlxalq dərəcəli hakim Eldar Zülfüqarov Çempionlar Liqasının oyununda baş hakim olacaq.

Sportinfo.az xəbər verir ki, Avropa Voleybol Konfederasiyası tərəfindən təyinat alan Eldar Zülfüqarov bu gün Türkiyədə keçiriləcək qadın voleybolçular arasında Çempionlar Liqasının qrup mərhələsinin “Eczacıbaşı" (Türkiyə) və “Olimpiakos" (Yunanıstan) klubları arasında baş tutacaq qarşılaşmada baş hakim olacaq.

Matçın ikinci hakimi vəzifəsini isə polşalı Voyçex Maroşzek icra edəcək.

Digər Xəbərlər
Xəbər Lenti
18 Fevral 23:30 Çək və bizə göndər!
18 Fevral 15:00 PFL və AFFA-nın muradı