"Gəncə" və “Gənclər” uduzdu

10 Yanvar 03:50 Voleybol 341
"Gəncə" və “Gənclər” uduzdu

Voleybol üzrə Azərbaycan Yüksək Liqasında növbəti oyunlar keçirilib.

Sportinfo.az xəbər verir ki, qadınların yarışında VIII turda "Gəncə" evdə "Milli Aviasiya Akademiyası"nı qəbul edib.

Gəncə İdman Sarayında baş tutan görüş qonaqların qələbəsi ilə yekunlaşıb - 3:2 (20:25, 22:25, 25:19, 25:15, 15:9).

Kişilərin mübarizəsində isə II turdan təxirə salınan matçda "Azərreyl" "Gənclər"i 3:0 (25:11, 25:12, 25:20) hesabı ilə məğlub edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti