Millimizin meneceri növbəti dəfə beynəlxalq təyinat aldı

7 Yanvar 03:40 Voleybol 551
Millimizin meneceri növbəti dəfə beynəlxalq təyinat aldı

Azərbaycanın kişilərdən ibarət millisinin meneceri Yelena Parxomenko Avropa Voleybol Konfederasiyasından (CEV) növbəti dəfə təyinat alıb.

Sportinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Voleybol Federasiyasından məlumat verilib.

O, kişi voleybolçular arasında keçirilən CEV Kubokunun 1/16 final oyununda iştirak edəcək.

Y.Parxomenko yanvarın 7-də Rumıniyada baş tutacaq "CSM Corona" (Rumıniya) – "Volley Şönenverd" (İsveçrə) qarşılaşmasında supervayzer kimi hakimlərin işini qiymətləndirəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
15 Aprel 18:10 Çək və bizə göndər!
15 Aprel 07:10 Əhalimizin sayı artıb
15 Aprel 01:20 Yenə daban-dabana…