Həmyerlimiz Türkiyə klubunun matçına supervayzer təyin edildi

6 Yanvar 04:00 Voleybol 544
Həmyerlimiz Türkiyə klubunun matçına supervayzer təyin edildi

Azərbaycan Voleybol Federasiyasının (AVF) Kommunikasiya şöbəsinin rəhbəri Zöhrab Gözəlbəyli beynəlxalq matça supervayzer təyin edilib.

Sportinfo.az xəbər verir ki, bu barədə AVF-dən məlumat verilib.

O, kişi voleybolçular arasında Çelenc Kubokunun 1/16 final mərhələsində Türkiyənin "Altekma" və Niderlandın "Slidrext" komandaları arasında keçiriləcək oyunda hakimlərin fəaliyyətinə nəzarət edəcək.

Yanvarın 7-də İzmirdə keçiriləcək qarşılaşmanın hakimləri maltalı Frenki Tanti və bolqarıstanlı Bojidara Mitkova olacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
15 Aprel 18:10 Çək və bizə göndər!
15 Aprel 07:10 Əhalimizin sayı artıb
15 Aprel 01:20 Yenə daban-dabana…