Azərbaycanda iki liqada komanda sayı artırılacaq

28 Dekabr 2025 08:50 Voleybol 755
Azərbaycanda iki liqada komanda sayı artırılacaq

Kişi və qadın voleybolçular arasında keçirilən Azərbaycan Yüksək Liqalarında komanda sayının artırılması nəzərdə tutulub.

Sportinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Voleybol Federasiyasından (AVF) “Report”a bildirilib.

Bildirilib ki, AVF tərəfindən Yüksək Liqada çıxış edən klubların sayının 10-12-yə qədər artırılması hədəflənib və bu istiqamətdə artıq bir neçə tərəfdaşlarla danışıqlar baş tutub.

Hazırda qadınların yarışında 9, kişilərin turnirində 6 komanda mübarizə aparır.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti