Azərbaycan klubu braziliyalı ulduz ilə danışıqlar aparır

28 Dekabr 2025 01:50 Voleybol 750
Azərbaycan klubu braziliyalı ulduz ilə danışıqlar aparır

Braziliya millisinin tanınmış voleybolçusu Qabriella Gimarayeş karyerasını Azərbaycanda davam etdirə bilər.

Sportinfo.az xəbər verir ki, Yüksək Liqada mübarizə aparan “Gəncə” ulduz voleybolçu ilə danışıqlar aparır.

30 yaşlı oyunçu hazırda İtaliyanın “İmoko Konelyano” komandasına çıxış edir.

Voleybolçu 2019-cu ildən 2024-cü ilin yayınadək Türkiyə “Vakıfbank”da oynayıb.

Qabriella Gimarayeş Braziliya millisinin heyətində Olimpiya Oyunlarının və dünya çempionatının gümüş, bürünc, eləcə də Cənubu Amerika çempionatının dördqat qızıl medalçısıdır.

“Qabi” ləqəbli voleybolçu klub səviyyəsində üç dəfə Çempionlar Liqasının, iki dəfə klublararası dünya çempionatının qalibi olub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
15 Aprel 18:10 Çək və bizə göndər!
15 Aprel 07:10 Əhalimizin sayı artıb
15 Aprel 01:20 Yenə daban-dabana…