Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında finala yüksəlib.
Sportinfo.az xəbər verir ki, Faiq Qarayevin komandası 4-cü matçında Əfqanıstanla üz-üzə gəlib.
Görüş Azərbaycan millisinin qələbəsi ilə başa çatıb - 3:0 (25:7, 25:5, 25:9). Yığmanın qızıl medal uğrunda həlledici görüşdə rəqibi Türkiyə olacaq.
Millimiz daha əvvəl İran və Tacikistanı 3:0 hesabı ilə üstələyib, Türkiyəyə isə eyni hesabla uduzub.

