Bakı yolunda - Avropa çempionatındakı oyunlarının təqvimi bəlli oldu

03:20 Voleybol 74
Bakı yolunda - Avropa çempionatındakı oyunlarının təqvimi bəlli oldu

Gələn il keçiriləcək Avropa çempionatında Azərbaycan millisinin oyunlarının təqvimi müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, ölkəmizin ev sahibliyi edəcəyi C qrupunda yer alan komandamızın rəqibləri Portuqaliya, Niderland, Belçika, Rumıniya və İspaniya yığmaları olacaq. Millimiznilk oyununu Portuqaliya kollektivinə qarşı keçirəcək.

Avropa çempionatı 2026-cı ildə Azərbaycan (Bakı), Türkiyə (İstanbul), Çexiya (Brno) və İsveçin (Qöteborq) ev sahibliyi ilə avqustun 21-dən sentyabrın 6-dək keçiriləcək.

Bakıdakı qarşılaşmalar 21–28 avqust 2026-cı il tarixlərində Milli Gimnastika Arenasında baş tutacaq.

AVRO-2026-nın C qrupunun oyunlarının təqvimi:

21 avqust
19:00 Azərbaycan – Portuqaliya

22 avqust
15:30 Belçika – İspaniya
18:30 Rumıniya – Niderland

23 avqust
15:30 Portuqaliya – Belçika
18:30 İspaniya – Azərbaycan

24 avqust
15:30 Niderland – Portuqaliya
18:30 Azərbaycan – Rumıniya

25 avqust
15:30 Rumıniya – Belçika
18:30 Niderland – İspaniya

26 avqust
15:30 İspaniya – Portuqaliya
18:30 Belçika – Azərbaycan

27 avqust
15:30 Niderland – Belçika
18:30 Portuqaliya – Rumıniya

28 avqust
15:30 İspaniya – Rumıniya
18:30 Azərbaycan – Niderland

Digər Xəbərlər
Xəbər Lenti
11 Noyabr 12:00 Vinisius satılacaqmı?
11 Noyabr 08:20 Cavidin “yem”i - VİDEO