İslamiadada növbəti qələbə

7 Noyabr 2025 04:00 Voleybol 724
İslamiadada növbəti qələbə

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında ikinci oyununa çıxıb.

Sportinfo.az xəbər verir ki, Faiq Qarayevin rəhbərlik etdiyi komanda Tacikistanla üz-üzə gəlib.

Görüş millimizin qələbəsi ilə başa çatıb – 3:0 (25:5, 25:11, 25:9)

Yığma daha əvvəl İranı məğlub edib -3:0 (25:11, 25:16, 26:24).

Azərbaycan millisi noyabrın 9-da Türkiyə seçməsi ilə münasibətlərə aydınlıq gətirəcək. İslamiada noyabrın 21-də başa çatacaq.

Digər Xəbərlər
Xəbər Lenti
29 Avqust 14:00 Sındırmaq belə olur!