"Çətin anlarda hər kəs bir-birinə dəstək olur, kömək edir" - Azərbaycan millisinin oyunçusu

5 Noyabr 2025 04:30 Voleybol 534
"Çətin anlarda hər kəs bir-birinə dəstək olur, kömək edir" - Azərbaycan millisinin oyunçusu

Azərbaycanın qadınlardan ibarət voleybol millisinin VI İslam Həmrəyliyi Oyunlarında keçirdiyi ilk matçdakı qələbəsi vacib idi.

Sportinfo.az xəbər verir ki bunu millinin toppaylayıcısı Valeriya Kondratyeva İran yığmasına qarşı keçirdikləri görüşdən sonra deyib.

Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətinə danışan oyunçu qazandıqları qələbəni şərh edib:

"Komandamı və məşqçilər heyətini təbrik edirəm. Bu, bizim ilk oyunumuz idi, qələbə qazanmaq vacib idi və çox şadam ki, bunu bacardıq.

Qarşılaşmaya yaxşı hazırlaşmışdıq. Komandada əhval-ruhiyyə yaxşıdır.

Çətin anlarda hər kəs bir-birinə dəstək olur, kömək edir. Növbəti oyunlarda da komandamıza uğurlar arzu edirəm".

Azərbaycan millisi VI İslam Həmrəyliyi Oyunlarında İran yığmasını 3:0 hesabı ilə məğlub edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
15 Aprel 18:10 Çək və bizə göndər!
15 Aprel 07:10 Əhalimizin sayı artıb
15 Aprel 01:20 Yenə daban-dabana…