Azərbaycan millisinin matç təqvimində dəyişiklik edildi

4 Noyabr 2025 03:50 Voleybol 634
Azərbaycan millisinin matç təqvimində dəyişiklik edildi

VI İslam Həmrəyliyi Oyunlarının voleybol yarışlarının proqramında dəyişiklik edilib.

Sportinfo.az xəbər verir ki, Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda təşkil edilən yarışda qadın voleybolçulardan ibarət Azərbaycan millisi sabah ilk oyununa çıxacaq.

Komanda əvvəlcədən nəzərdə tutulduğu kimi Tacikistanla deyil, İranla qarşılaşacaq.

Buna səbəb Tacikistan komandasının müəyyən səbəblərdən Ər-Riyada vaxtında yollana bilməməsidir. Təşkilat Komitəsinin qərarına əsasən, yığmanın sabahkı rəqibi İran olub.

Komanda növbəti oyunlarda Tacikistan, Türkiyə və Əfqanıstan kollektivləri ilə üz-üzə gələcək.

Reqlamentə görə, ilk iki pilləni tutan komandalar qızıl medal, üçüncü və dördüncü yerləri tutan komandalar isə bürünc medal uğrunda qarşılaşacaqlar. Final və üçüncülük oyunları noyabrın 13-də baş tutacaq.

Milli komandanın oyun cədvəli:

4 noyabr

14:00. Azərbaycan - İran

6 noyabr

14:00. Azərbaycan - Tacikistan

9 noyabr

17:00. Azərbaycan - Türkiyə

12 noyabr

15:00. Azərbaycan - Əfqanıstan

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
15 Aprel 18:10 Çək və bizə göndər!
15 Aprel 07:10 Əhalimizin sayı artıb
15 Aprel 01:20 Yenə daban-dabana…