İsmayılovaya Çempionlar Liqasında vəzifə verildi

2 Noyabr 2025 03:30 Voleybol 784
İsmayılovaya Çempionlar Liqasında vəzifə verildi

Avropa Voleybol Konfederasiyası azərbaycanlı mütəxəssis Nərgiz İsmayılovaya növbəti dəfə etimad göstərib.

Sportinfo.az xəbər verir ki, o, qadınlar arasında Çempionlar Liqasının ilkin mərhələsinin "Olimpiakos" (Yunanıstan) - "Asteris Avo Beveren" (Belçika) oyununda iştirak edəcək.

N.İsmayılova Yunanıstanın Afina şəhərində baş tutacaq görüşdə supervayzer kimi hakimlərin fəaliyyətini qiymətləndirəcək.

Qarşılaşmanın hakimləri serbiyalı Deyan Roqiç və bolqarıstanlı Aleksandar Vinaliev olacaq.

Digər Xəbərlər
Xəbər Lenti
29 Avqust 14:00 Sındırmaq belə olur!