"Bütün bunlardan yararlanaraq..." - Federasiya prezidenti

1 Mart 03:50 Voleybol 176
"Bütün bunlardan yararlanaraq..." - Federasiya prezidenti

"Olimpiya hərəkatının bir hissəsi olmaq, voleybolu orada təmsil etmək bizim üçün önəmlidir".

Sportinfo.az xəbər verir ki, bunu Azərbaycan Voleybol Federasiyasının prezidenti Şahin Bağırov Milli Olimpiya Komitəsi (MOK) ilə imzaladıqları niyyət protokolu barədə danışarkən deyib.

Qurum rəhbəri onlara etimad göstərdikləri üçün MOK-a təşəkkür edib:

"Olimpiya hərəkatı ilə bağlı bütün proseslərdə, məşqlərin gerçəkləşməsində, idmançıların təlim-məşq toplanışlarında iştirak etməsində, onların beynəlxalq turnirlərə göndərilməsi məsələlərində Milli Olimpiya Komitəsinin dəstəyi bizim üçün faydalı olacaq.

Bütün bunlardan yararlanaraq nəticələrimizin daha yaxşı olmasına çalışacağıq".

Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!